ATƏT ABŞ-da prezident seçkilərinin monitorinqi üçün 500 müşahidəçi göndərəcək

ATƏT ABŞ-da prezident seçkilərinin monitorinqi üçün 500 müşahidəçi göndərəcək ABŞ-da 200-dən çox hüquq müdafiəsi qrupu ATƏT-dən seçkilərdə 500-dən çox müşahidəçi göndərməsini xahiş edib
Digər ölkələr
23 Avqust , 2016 10:56
ATƏT ABŞ-da prezident seçkilərinin monitorinqi üçün 500 müşahidəçi göndərəcək

Bakı. 23 avqust. REPORT.AZ/ ATƏT ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinin monitorinqi üçün 500 müşahidəçi göndərmək niyyətindədir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

ABŞ-da 200-dən çox hüquq müdafiəsi qrupu ATƏT-dən seçkilərdə 500-dən çox müşahidəçi göndərməsini xahiş edib. Vətəndaş Hüquqları və İnsan Hüquqları Konfransı (Leadership Conference) adından təşkilata ünvanlanan məktubda hüquqi qrup qarşıdan gələn seçkilərdə ATƏT-in rolunun xüsusilə mühüm olduğunu qeyd edib. Amerikalı hüquq müdafiəçiləri müşahidəçilərin saxtakarlığın qarşısını almaq üçün zəruri olduğunu düşünür.

"Leadership Conference" hüquqi qrupunun prezidenti Ueyd Hendersonun sözlərinə görə, əvvəlki səsvermələrdə beynəlxalq müşahidəçilər ABŞ Ədliyyə Nazirliyinin buraxdığı boşluğu doldura bilməyib. ATƏT nümayəndəsi Tomas Raymer bildirib ki, təşkilatın ABŞ-a göndərməyi planlaşdırdığı müşahidəçi sayı 500 nəfər müəyyən edilib.

Qeyd edək ki, ABŞ-da prezident və Konqresin hər iki palatasına seçkilər noyabrın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi