Avstriyada koronavirusdan ölənlərin sayı 580-ə çatdı

Avstriyada koronavirusdan ölənlərin sayı 580-ə çatdı Avstriyada son sutkada daha 11 nəfər koronavirusdan ölüb və bununla da qurbanların sayı 580-ə çatıb.
Digər ölkələr
29 Aprel , 2020 16:07
Avstriyada koronavirusdan ölənlərin sayı 580-ə çatdı

Avstriyada son sutkada daha 11 nəfər koronavirusdan ölüb və bununla da qurbanların sayı 580-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Bildirilib ki, bir gün ərzində ölkədə daha 45 nəfər koronavirusa yoluxub və beləliklə, infeksiya daşıyıcılarının sayı 15 402-yə yüksəlib. 

Eyni zamanda indiyədək 12 779 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.

Qeyd edək ki, aprelin 14-dən etibarən Avstriyada məhdudlaşdırıcı tədbirlərin ləğvi başlanılıb. Belə ki, sahəsi 400 kvadratmetrədək olan kiçik mağazalar, həmçinin inşaat və bağçılıq obyektləri fəaliyyətə başlayıb. Mayın 1-dən başlayaraq qalan bütün mağazalar da açılacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 153 000-i ötüb. Bunların 964 896 nəfəri sağalıb, 218 743 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi