Astana danışıqlarının iştirakçıları Suriyada 4 deeskalasiya zonasının yaradılmasına dair sənədləri razılaşdırıb

Astana danışıqlarının iştirakçıları Suriyada 4 deeskalasiya zonasının yaradılmasına dair sənədləri razılaşdırıb Suriyanın İdlib vilayətində daha bir deeskalasiya zonasının yaradılması üzərində iş gedir
Digər ölkələr
15 Sentyabr , 2017 16:43
Astana danışıqlarının iştirakçıları Suriyada 4 deeskalasiya zonasının yaradılmasına dair sənədləri razılaşdırıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Suriya üzrə danışıqların iştirakçıları Astana danışıqlarının yekunu olaraq birgə bəyanat hazırlayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bəyanatda tərəflərin Suriyada dörd deeskalasiya zonası yaratmaqla bağlı razılığa gəldikləri göstərilib.

Qeyd edək ki, hazırda Suriyada üç hərbsizləşdirilmiş zona var: Homs şəhərinin şimalında, Dəməşq ətrafındakı Şərqi Quta rayonunda və Suriya ilə İordaniya sərhədində (Dərya vilayətində).

Bundan əlavə, İdlib vilayətində daha bir deeskalasiya zonasının yaradılması üzərində iş gedir.

Son xəbərlər

Orphus sistemi