"Associated Press": İŞİD Qərbi Mosulda tamamilə mühasirəyə alınıb

"Associated Press": İŞİD Qərbi Mosulda tamamilə mühasirəyə alınıb İraq hərbçiləri Mosula aparan sonuncu yola da nəzarəti ələ keçiriblər
Digər ölkələr
12 Mart , 2017 21:27
Associated Press: İŞİD Qərbi Mosulda tamamilə mühasirəyə alınıb
Foto: Habertürk

Bakı. 12 mart. REPORT.AZ/ İraqın Mosul şəhərinin qərb hissəsindəki İŞİD terrorçuları tamamilə mühasirəyə alınıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" ABŞ-ın İŞİD-lə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett MakQarka istinadən xəbər verib.

B. MakQark vurğulayıb ki, İraq hərbçiləri Mosula aparan sonuncu yola da nəzarəti ələ keçiriblər. Bununla da ərazidəki terrorçular tamamilə mühasirəyə alınıb. 

Onun sözlərinə görə, qruplaşma İraqda işğal etdiyi ərazinin təxminən 60 faizini itirib. 

Qeyd edək ki, İraq hərbçilərinin Mosulu İŞİD terrorçularından mart ayı ərzində tamamilə azad edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi