Yuxarı

Assanj: "BMT-nin İşçi Qrupunun qərarı ayrı-ayrı ölkələrin fikirlərindən daha vacibdir"

Böyük Britaniya BMT-nin qərarına etiraz edə bilməz

Bakı. 5 fevral. REPORT.AZ/ "WikiLeaks" saytının yaradıcısı Culian Assanj Ekvadorun Böyük Britaniyadakı səfirliyindən bəyanat yayıb.

"Report"un məlumatına görə, o, "Skype" vasitəsilə müraciətində Böyük Britaniyanın BMT-nin İşçi Qrupunun qərarına etiraz edə bilməyəcəyini diqqətə çatdırıb. Məsələ burasındadır ki, BMT-nin İşçi Qrupu C.Assanjın səfirliyin binasını tərk edə və bu müddətdə ona binadan çıxmağa icazə verməyən İsveçlə Böyük Britaniyadan kompensasiya tələb edə biləcəyiylə bağlı qərar qəbul edib.

O, həmçinin BMT-nin İşçi Qrupuna ədalətli qərara görə təşəkkür edib: "İşçi Qrupunun qərarı ayrı-ayrı ölkələrin fikirlərindən daha vacibdir".

Xatırladaq ki, Assanj 2014-cü ilin sentyabrında BMT-yə müraciət ünvanlayaraq, səfirlikdə qalıb çölə çıxa bilməməsinin qanunsuz olduğunu bildirmişdi. Ekvador səfirliyinə isə o, 2012-c ildə İsveçə ekstradisiyadan yayınmaq üçün sığınacaq istəyərək qəbul edilmişdi.

Qeyd edək ki, Britaniya polisi BMT-nin məlum qərarına rəğmən, "WikiLeaks" saytının yaradıcısını Ekvador səfirliyinin binasını tərk edən kimi həbs və ardından İsveçə ekstradisiya edəcəyini bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi