AŞPA-ya yeni prezident seçilib - YENİLƏNİB

AŞPA-ya yeni prezident seçilib - YENİLƏNİB Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib.
Digər ölkələr
27 Yanvar , 2020 15:11
AŞPA-ya yeni prezident seçilib - YENİLƏNİB

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib.

“Report”un Fransa bürosu xəbər verir ki, o, bu vəzifədə isveçrəli deputat Liliane Maury Pasquieri əvəzləyib. 

AŞPA prezidenti iki il müddətinə seçilir.

Qeyd edək ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvar ayında baş tutacaq. Bu zaman AŞPA prezidenti Avropa Xalq Partiyasından seçiləcək.


*** 14:13

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayır.

“Report”un Fransa bürosu xəbər verir ki, sessiya çərçivəsində quruma yeni prezident seçiləcək və belçikalı senator Hendrik Daems bu vəzifəyə yeganə namizəddir. 

O, AŞPA-nın hazırkı prezidenti, isveçrəli deputat Liliane Maury Pasquieri əvəz edəcək.

Qeyd edək ki, H.Daems Belçikanın Avropa üçün Demokratlar və Liberallar Alyansı Partiyasının prezidentidir.

AŞPA-nın qış sessiyası yanvarın 31-i başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi