AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb

AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb Qrupun bu gündən etibarən fəaliyyətə başlanması nəzərdə tutulur
Digər ölkələr
27 İyun , 2017 20:05
AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb
Foto: Report.az

Strasburq. 27 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) korrupsiya hallarını araşdırmaq məqsədilə müstəqil araşdırma qrupunun yaradılması haqqında AŞPA bürosunun qərarı parlamentarilər tərəfindən ratifikasiya edilib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu qərar Niderland nümayəndə heyətinin üzvü Tini Koksun "AŞPA bürosu və daimi Kommissiyaların fəaliyyəti" üzrə hesabatını müşayiət edən müzakirələrin gedişi zamanı qəbul edilib.

Assableyada korrupsiya hallarını araşdıracaq qrupun tərkibinə Böyük Britaniyadan Nikola Bratza, Fransadan Jan Lui Brugyer və İsveçdən Elizabet Fura daxildir. Qrupun bu gündən etibarən fəaliyyətə başlanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi