Hindistan və Filippində koronavirus daşıyıcılarının sayı kəskin artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda 9, Filippində isə daha 11 yoluxma halı aşkarlanıb.
Bununla da koronavirus daşıyıcılarının sayı Hindistanda 56, Filippində isə 35 nəfərə çatıb.
Qeyd edək ki, Filippində indiyədək 1 ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 505-ə çatıb. Bunların 64 272 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.