Asiya ölkələri BVF-nin analoqunu yaradır

Asiya ölkələri BVF-nin analoqunu yaradır Artıq 31 dövlətin Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçiləri kimi namizədliyi təsdiqlənib
Digər ölkələr
2 Aprel , 2015 15:52
Asiya ölkələri BVF-nin analoqunu yaradır

Bakı. 2 aprel. REPORT.AZ/ Ən azı 52 ölkə həmtəsisçi qismində Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) daxil olmaq üçün müraciət edib. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

Aprelin 1-də axşam 31 ölkənin namizədliyi bank həmtəsisçiləri qismində təsdiq olunub. Aprelin 15-dək daha 20 ölkənin sənədlərinə baxılması gözlənilir. Onlar arasında Rusiya, Fransa, İtaliya, Avstriya, Türkiyə, Avstraliya, Koreya Respublikası, Niderland, Braziliya, Gürcüstan, Danimarka, Misir, Qırğız Respublikası, İsveç, Finlandiya, Norveç, İslandiya, İspaniya, Portuqaliya və İsrail var. 

Bundan başqa, həmin beynəlxalq quruma daxil olmaq üçün Tayvan da müraciət edib, O bunun üçün "Çin Taybeyi" adından istifadə edib. ÇXR XİN rəsmi nümayəndəsi Xua Çunin bildirib ki, Tayvanın müraciəti "bir ölkə - iki sistem" prinsipi kontekstində qiymətləndiriləcək.

Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiya Bankı 2014-cü ildə təsis olunub, onun məqsədi - Asiya-Sakit okean regionunda infrastruktur layihələrinin maliyyələşdirilməsidir. Maliyyə institutunun nizamnamə kapitalı 100 milyard dollar, ilkin səhmdar kapitalı isə 50 milyard dollar təşkil edəcək. 2015-ci ilin sonlarında formalaşacaq bankın qərargahı Pekində yerləşəcək. 

Son xəbərlər

Orphus sistemi