​ASEAN ölkələri terrorizmə qarşı birlikdə mübarizə aparacaqlar

​ASEAN ölkələri terrorizmə qarşı birlikdə mübarizə aparacaqlar Toplantı iştirakçıları birgə bəyannamə qəbul ediblər
Digər ölkələr
26 May , 2016 07:01
​ASEAN ölkələri terrorizmə qarşı birlikdə mübarizə aparacaqlar

Bakı. 26 may. REPORT.AZ/ Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) müdafiə nazirlərinin Laosda keçirilmiş görüşündə əsas müzakirə mövzusu terrorizmə qarşı mübarizə və Cənubi Çin dənizində yaranmış vəziyyət olub.

"Report" xəbər verir ki, bu barədə "Channel News Asia" telekanalı məlumat yayıb. Məlumata görə, toplantı iştirakçıları görüşün birinci gününün nəticələri ilə bağlı birgə bəyannamə qəbul ediblər. Sənəddə region ölkələrinin terrorizmlə mübarizə sahəsində əməkdaşlıq etməsi vurğulanır.

Bəyannamədə eyni zamanda dənizlərdə beynəlxalq razılaşmalara əməl etmək, qarşıdurmalardan yayınmaq qeyd edilir.

Qeyd edək ki, ASEAN-da Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi