ASEAN ölkələri koronavirusa qarşı vaksin alınmasına 10,5 milyon dollar ayıracaq

ASEAN ölkələri koronavirusa qarşı vaksin alınmasına 10,5 milyon dollar ayıracaq Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələr koronavirusa qarşı vaksin alınmasına 10,5 milyon dollar ayırılması ilə bağlı Vyetnamın təklifini dəstəkləyiblər.
Digər ölkələr
3 Avqust , 2021 16:58
ASEAN ölkələri koronavirusa qarşı vaksin alınmasına 10,5 milyon dollar ayıracaq

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələr Vyetnamın koronavirusa qarşı vaksin alınmasına 10,5 milyon dollar ayrılması ilə bağlı təklifini dəstəkləyiblər.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu təkliflə Vyetnamın xarici işlər naziri Buy Than Şon ASEAN təşkilatının Koordinasiya Şurasının onlayn formatda keçirilən 29-cu iclası zamanı çıxış edib.

Regional bloka üzv ölkələr təşəbbüsü müzakirə etdikdən sonra vaksin alınması üçün Pandemiya ilə mübarizə fondundan vəsait ayrılmasına qərar veriblər. Alınacaq vaksinlər təşkilata üzv ölkələr arasında bərabər şəkildə bölünəcək.

Son xəbərlər

Orphus sistemi