AŞ PA pandemiyanın uşaq hüquqlarına təsirinə dair qətnamə qəbul edib

AŞ PA pandemiyanın uşaq hüquqlarına təsirinə dair qətnamə qəbul edib Avropa Şurası Parlament Assambleyası (AŞ PA) COVID-19 pandemiyasının uşaq hüquqlarına mənfi təsirinə dair qətnamə qəbul edib.
Digər ölkələr
23 İyun , 2021 01:26
AŞ PA pandemiyanın uşaq hüquqlarına təsirinə dair qətnamə qəbul edib
0 : 00
0 : 00

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) COVID-19 pandemiyasının uşaq hüquqlarına mənfi təsirinə dair qətnamə qəbul edib.

"Report"un Fransa bürosu xəbər verir ki, AŞ PA üzv dövlətləri uşaqları pandemiyanın mənfi nəticələrindən qorumaq və onların beynəlxalq hüquq normalarına uyğun şəkildə müdafiə olunmalarını təmin etmək üçün müvafiq tədbirləri gücləndirməyə çağırıb.

Qətnamədə bildirilir ki, pandemiya sosial-iqtisadi parçalanmanı gücləndirib və bu gün xeyli sayda uşaq bundan əziyyət çəkir. Kasıb ölkələrdə uşaq ölümü, uşaq əməyinin istismarı, onlar arasında nikah halları və azyaşlılarla pis rəftar olunması kəskin surətdə çoxalıb.

Bu mənfi halların qarşısının alınması üçün AŞ PA dövlətlərə valideynlərin vəziyyətini yaxşılaşdırmağa və onların uşaqlarının həyatında daha yaxından iştirak edə bilmələri üçün imkanlarını genişləndirmək üçün tədbirlər görməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi