Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb Bakı. 4 fevral. REPORT.AZ/ Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatındakı dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb.
Digər ölkələr
4 Fevral , 2019 23:08
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb
Foto: "Reuters"

Bakı. 4 fevral. REPORT.AZ/ Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatındakı dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, 120 cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Hadisə zamanı həmçinin daha 199 nəfər itkin düşüb.

Hakimiyyət orqanları qeyd ediblər ki, sağ qalanların tapılması şansı azdır. Hadisə zamanı dağ-mədən şirkətinin binası və yaşayış evləri dağılıb.

Daha əvvəl bildirilirdi ki, dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində 121 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi