Yuxarı

​Arnold Şvartseneqqer Donald Trampı aparıcı qismində əvəz edəcək

Namizəd teleşousu gələn ildən yeni aparıcı ilə NBC telekanalına qayıdacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hollivud aktyoru Arnold Şvartseneqqer amerikalı iş adamı Donald Trampı "Namizəd" televiziya şousunda aparıcı kimi əvəz edəcək.

"Report" xəbər verir ki, proqram gələn ilin əvvəlindən yeni aparıcı ilə NBC telekanalına qayıdacaq.

"Namizəd" teleşousunun əsası 2004-cü ildə Donald Tramp tərəfindən qoyulub. Verilişdə 16 nəfər iştirak etməlidir. Layihənin qaydalarına görə, iştirakçıların şəxsi biznesi olmalı və qalib Trampın holdinqinə daxil olan çoxsaylı şirkətlərdən birinin rəhbəri vəzifəsinə təyin olunmalı idi.

İyun ayında NBC iş adamı ilə onun immiqrantlar barədə işlətdiyi sözə görə əməkdaşlığı dayandırıb. Tramp mühacirləri narkotik daşıyıcıları və zorakılar adlandırıb, həmçinin Meksikanın hesabına ABŞ-ın cənub sərhədində "böyük divar" tikəcəyinə vəd verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi