Arnold Şvarseneqer Trampın miqrasiya ilə bağlı fərmanını ağılsızlıq adlandırıb

Arnold Şvarseneqer Trampın miqrasiya ilə bağlı fərmanını ağılsızlıq adlandırıb Hollivud aktyoru: "Bu çox mənasızdır"
Digər ölkələr
31 Yanvar , 2017 05:27
Arnold Şvarseneqer Trampın miqrasiya ilə bağlı fərmanını ağılsızlıq adlandırıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Hollivud aktyoru, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneqer ABŞ prezidenti Donald Trampın 7 dövlətin qaçqın və məcburi köçkünlərinin bu ölkə ərazisinə girişini qadağan edən miqrasiya fərmanını tənqid edib.

"Report" xəbər verir ki, bu barədə "The Hill" bildirib.

"Bu çox mənasızdır və biz Ağ Evin belə hökumət sərəncamlarına hazırlıqsız olduğunu görürük" – deyə Şvartseneqer deyib.

Onun fikrincə, bu cür hədəflərə çatmağın digər yolu var. Bundan başqa, Şvartseneqer bildirib ki, fərman ABŞ Milli Təhlükəsizlik və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmalı idi.

Son xəbərlər

Orphus sistemi