Argentinanın sabiq prezidenti məhkəməyə çağırılıb

Argentinanın sabiq prezidenti məhkəməyə çağırılıb Argentinanın keçmiş prezidenti Maurisio Makri həlak olmuş dənizçilərin ailə üzvlərinin izlənilməsi haqqında işlə bağlı oktyabrın 7-də federal məhkəmədə ifadələr verməyə məcburdur, bu tarixə qədər ona ölkəni tərk etmək qadağandır.
Digər ölkələr
2 Oktyabr , 2021 02:27
Argentinanın sabiq prezidenti məhkəməyə çağırılıb
Maurisio Makri

Argentinanın keçmiş prezidenti Maurisio Makri həlak olmuş dənizçilərin ailə üzvlərinin izlənilməsi haqqında cinayət işi ilə bağlı oktyabrın 7-də federal məhkəmədə ifadələr verməyə məcburdur, bu tarixə qədər ona ölkəni tərk etmək qadağandır.

“Report” xəbər verir ki, bu barədə yerli KİV bildirib.

"Hakim Martin Bava, hakimin müavini Alexo Ramosa Padili Makrini öz məhkəməsinə çağırdı və keçmiş prezident bu tarixə qədər ölkəni tərk edə bilməyəcək", - “Clarin” nəşrinin məhkəmənin qətnaməsinə istinadən materialında deyilir.

Qeyd edək ki, eks prezident, eləcə də Federal Təhqiqat Agentliyinin keçmiş rəhbərləri - Qustavo Arribas, Silviyu Mahdalani, habelə digər vəzifəli şəxslər batmış sualtı “San-Xuan” qayığının, “El Repunte”, “Rixel” gəmilərinin heyət üzvlərinin ailələrinin qanunsuz izlənilməsinin təşkilində şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi