Bakı. 9 noyabr. REPORT.AZ/ Argentinanın prezidenti Kristina Fernandez Kirçner Türkiyədə keçiriləcək "G-20" sammitində iştirak etməyəcək. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın rəsmi xəbər agentliyi olan "Telam" məlumat yayıb.
Məlumata görə, buna səbəb Argentinada noyabrın 22-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinin görülməsidir. Noyabrın 15-i və 16-da Antalyada keçiriləcək sammitdə dövlət başçısının yerinə Argentinanın xarici işlər naziri Hektor Timerman və iqtisadiyyat naziri Axel Kisillofun iştirak edəcəyi açıqlanıb.
Xatırladaq ki, Argentina prezidentinin səlahiyyət müddəti dekabrın 10-da başa çatacaq.