Argentinanın müdafiə naziri: "Sualtı qayığın dənizdən çıxarılmasına 4 milyard dollar xərcləmək ağılsızlıqdır"

Argentinanın müdafiə naziri: "Sualtı qayığın dənizdən çıxarılmasına 4 milyard dollar xərcləmək ağılsızlıqdır" Bakı. 19 sentyabr REPORT.AZ/ Bir il əvvəl batmış Argentina Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus San Juan sualtı qayığının dənizin dibindən çıxarmaq üçün 4 milyard ABŞ dollar ayırılması ağılsızlıqdır.
Digər ölkələr
19 Noyabr , 2018 11:09
Argentinanın müdafiə naziri: Sualtı qayığın dənizdən çıxarılmasına 4 milyard dollar xərcləmək ağılsızlıqdır
0 : 00
0 : 00

Bakı. 19 sentyabr REPORT.AZ/ "Bir il əvvəl batmış Argentina Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "San Juan" sualtı qayığının dənizin dibindən çıxarmaq üçün 4 milyard ABŞ dollar ayırılması ağılsızlıqdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Argentinanın müdafiə naziri Oskar Aquad bildirib.

"Əgər bu, həqiqətən 4 milyard dollara başa gələcəksə, ağılsızlıqdır. Bu, şəxsi fikrimdir, amma Argentinada yoxsulluq səviyyəsi 30 faiz olarkən 4 milyard dollar xərcləmək ağılsızlıq olardı", - nazir "AmericaTV" telekanalının efirində deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ nəyin baş verdiyini anlamaqdır.

Xatırladaq ki, Argentinanın Uşuaya limanından çıxan zaman göyərtəsində 44 ekipaj üzvünün olduğu "San Juan" sualtı qayığı ilə əlaqə 2017-ci noyabrın 15-də kəsilib.

Bu il noyabrın 17-də gecə saatlarında isə Argentina HDQ Argentina hökuməti üçün işləyən ABŞ-ın özəl "Ocean Infinity" şirkəti tərəfindən sualtı qayığın aşkar edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi