Argentinanın keçmiş prezidentinin parlament seçkilərində namizədliyini irəli sürməsinə icazə verilməyib

Argentinanın keçmiş prezidentinin parlament seçkilərində namizədliyini irəli sürməsinə icazə verilməyib Seçki Palatasının qərarı Karlos Mememin 2013-cü ilin iyununda silah qaçaqmalıçılığında iştirakı ilə bağlıdır
Digər ölkələr
8 Avqust , 2017 12:00
Argentinanın keçmiş prezidentinin parlament seçkilərində namizədliyini irəli sürməsinə icazə verilməyib

Bakı. 8 avqust. REPORT.AZ/ Argentinanın Milli Seçki Palatası ölkənin keçmiş prezidenti və fəaliyyətdə olan senator Karlos Menemin parlamentin Yuxarı Palatasına seçkilərdə namizədliyini irəli sürməsinə icazə verməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, Seçki Palatasının qərarı K.Mememin 2013-cü ilin iyununda silah qaçaqmalıçılığında iştirakı ilə bağlıdır.

O, həmin il bu cinayətdə iştirakına görə 7 il azadlıqdan məhrum edilib. Məhkəmə ona 14 il ərzində siyasətlə məşğul olmağı və dövlət strukturlarında vəzifə tutmağı qadağan edib.

Məlumatda bildirilib ki, 2015-ci ildə isə məhkəmə K.Menemi israfçılığa görə 4,5 il azadlıqdan məhrum edib. Onu həbsdən senator olduğu üçün malik olduğu toxunulmazılğı xilas edib.

Keçmiş prezident namizədliyini La-Rioxa əyalətindən irəli sürmək istəyib. O, avqustun 13-də keçiriləcək ilkin seçkilərdə müxalifətdə olan Xustisialist Partiyasının siyahsında başçılıq etməli idi.

Qeyd edək ki, Argentinada Yuxarı Palataya seçkilər bu il oktyabrın 22-nə təyin olunub. 

Son xəbərlər

Orphus sistemi