Yuxarı

​Argentinada yeni prezident seçilib

Açıqlanan ilkin nəticələrə görə, səsvermədə iştirak edən seçiclərin 51,44 faizi müxalifət lideri Maurisio Makriyə səs verib

Bakı. 23 noyabr. REPORT.AZ/ Argentinada keçirilən prezident seçkisində müxalifət lideri, "Respublikanın təklifi" Partiyasının namizədi Maurisio Makri qalib gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Argentinanın Milli Seçki Palatası məlumat yayıb.

Açıqlanan ikin nəticələrə görə, səsvermədə iştirak edən seçiclərin 51,44 faizi M.Makiyə səs verib.

Onun rəqibi hakim "Qələbə Cəbhəsi" Alyansının təmsilçisi Daniel Stsiol isə 48,56 faiz səs toplayıb.

Daniel Stsiol rəqibinin qələbə qazandığını etiraf edib: "Argentina xalqı Maurisio Makri özünə yeni prezidenti seçib. İndicə onu telefon vasitəsi ilə təbrik etdim".

Məlumata görə, prezident Fernandes de Kirşner noyabrın 24-də M.Makri ilə görüşərək, hakimiyyətin təhvil verilməsini müzakirə edəcək.

Maurisio Makri tərəfdarları qarşısında çıxış edərək, seçkinin nəticəsini belə dəyərləndirib: "Bu, bir dövrün dəyişməsidir". O, hakimiyyətdə olanlarla haqq-hesab çəkməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, prezident Fernandes de Kirşner (2007-2015) və əri Nestora Kirşner (2003 -2007) 12 il Argentinanı idarə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi