Argentinada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb

Argentinada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb Qəza zamanı daha 21 nəfər xəsarət alıb
Digər ölkələr
18 Fevral , 2017 18:17
Argentinada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb

Bakı. 18 fevral. REPORT.AZ/ Argentinanın qərbində baş vermiş yol qəzasında 19 nəfər həyatını itirib.

"Report"un məlumatına görə, bu barədə "Clarin" portalı xəbər verib.

Məlumata görə, hadisə Mendosa vilayətində baş verib. Hadisə zamanı daha 21 nəfər xəsarət alıb. Qəzaya uğramış avtobusun "TurBus" şirkətinə məxsus olduğu bildirilir.

Şirkət sərnişinlərdən 32-nin Argentina, 4-nün Çili, 1-nin Kolumbiya və Haiti vətəndaşı olması barədə məlumat yayıb. Avtobusda həmçinin azı 3 uşaq olub.

Portal isə qəza zamanı 16 nəfərin hadisə yerində, daha 3 nəfərin xəstəxanada öldüyünü xəbər verib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.

Son xəbərlər

Orphus sistemi