Argentinada prezident və parlament seçkiləri başlayıb

Argentinada prezident və parlament seçkiləri başlayıb Argentinada prezident və parlament seçkiləri başlayıb.
Digər ölkələr
27 Oktyabr , 2019 16:40
Argentinada prezident və parlament seçkiləri başlayıb

Argentinada prezident və parlament seçkiləri başlayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, ölkə seçiciləri 130 deputatı və Konqresin 24 senatorunu seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 15:00)  açılıb və saat 18:00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək. Qanunvericiliyə uyğun olaraq ölkənin yaşı 16-dan çox olan bütün seçiciləri seçkilərdə iştirak etməlidir.

Səsvermələrin ilkin nəticələri axşam saatlarında açıqlanacaq.

Ölkənin ən yüksək vəzifəsinə 6 namizəd iddialıdır. Lakin buna baxmayaraq seçkidə əsas mübarizə hazırkı dövlət başçısı Maurisio Makri və müxalifətdən olan keçmiş dövlət başçısı Alberto Fernandes arasında gedəcək. 

İlk turda qalib gəlmək üçün namizədə ya 45 faizdən çox, ya da yaxın izləyicisindən 10 faiz irəlidə olmaqla 40 faiz səs toplamaq lazımdır. Əgər namizədlərin heç biri bu baryerləri aşa bilməsə 24 noyabrda Argentinada seçkilərin ikinci turu keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi