Argentinada parlament seçkiləri keçirilir

Argentinada parlament seçkiləri keçirilir Argentinada parlament seçkiləri keçirilir.
Digər ölkələr
14 Noyabr , 2021 15:50
Argentinada parlament seçkiləri keçirilir

Argentinada parlament seçkilərində səsvermə başlayıb.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Ölkədə qeydə alınmış 34 milyondan çox seçici Nümayəndələr Palatasının 257 üzvündən 127-ni və Senatın 72 üzvündən 24-nü seçmək üçün səs verir. Qurultayın qalan üzvləri hər 4 ildən bir keçirilən ümumi seçkilərlə müəyyən edilir.

Qeyd edək ki, Argentinada hər 2 ildən bir Konqresin üzvləri dəyişdirilir.

Hazırda Senat 41 hökumət, 29 müxalifət, 1 müstəqil, 1 hökumətə yaxın senatordan, Nümayəndələr Palatası isə 6 hökumətə yaxın, 14 müstəqil, 115 sağçı müxalifət deputatdan ibarətdir.

Bu gün, həmçinin ölkənin bütün ştatlarında yerli məclis üzvləri və Kordoba, Korrientes, Tukuman, Çubut, Santa Fe, Katamarka, Mendoza və La Pampa ştatlarında senatorlar seçiləcək.

Son xəbərlər

Orphus sistemi