Argentinada musiqi festivalında 4 nəfər narkotikdən ölüb

Argentinada musiqi festivalında 4 nəfər narkotikdən ölüb Daha altı nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
16 Aprel , 2016 18:12
Argentinada musiqi festivalında 4 nəfər narkotikdən ölüb

Bakı. 16 aprel. REPORT.AZ/Argentinada musiqi festivalında 4 nəfər narkotikdən ölüb.

"Report" xəbər verir ki, hadisə ölkə paytaxtı Buenos-Ayresdə keçirilmiş " Time Warp" elektron musiqi festivalında baş verib.

Məlumata görə, buna səbəb narkotik maddələrdən istifadə olub. Daha 6 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirilir.

Həkimlərin sözlərinə görə, iki nəfər festival zamanı "Costa Salguero" kompleks zalında ölüb, bir nəfər təcili yardım maşınında, digər şəxs isə xəstəxanada dünyasını dəyişib.

"Bütün zərər çəkənlərin vəziyyəti ağırdır" - deyə Buenos-Ayres təcili tibbi yardım xidmətinin rəhbəri Alberto Kreşenti bildirib.

Onun sözlərinə görə, ilk kliniki analizlər ölənlərin və zərər çəkənlərin ekstaziyə oxşar narkotik maddə qəbul etdiklərini göstərib. 

Son xəbərlər

Orphus sistemi