Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb Argentinada ölkə sakinlərindən birinin meymunçiçəyinə yoluxduğu faktı təsdiqlənib.
Digər ölkələr
28 May , 2022 05:34
Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Argentinada ölkə sakinlərindən birinin meymunçiçəyinə yoluxduğu faktı təsdiqlənib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İlk ehtimal olunan xəstədən götürülən testin nəticəsi müsbət olub”, - nazirlikdən bildirilib.

Pasiyent özünü yaxşı hiss edir və müalicə olunur. Onun birbaşa təmasda olduğu bütün insanlar həkim nəzarətindədir, lakin onlarda xəstəliyin heç bir əlaməti yoxdur.

Son xəbərlər

Orphus sistemi