Bakı. 24 may. REPORT.AZ/ Argentinada kinoteatr binası uçub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tukuman əyalətində baş verib.
Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Şahidlər binanın dağıntılarının videogörüntülərini sosial şəbəkələrdə paylaşıblar.
Məlumata görə, kinoteatr binası 1923-cü ildə inşa edilib.