Argentinada karantin rejiminin müddəti artırıldı

Argentinada karantin rejiminin müddəti artırıldı Argentinada COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış karantin rejiminin müddəti mayın 10-na kimi uzadılıb.
Digər ölkələr
680
26 Aprel , 2020 06:37
Argentinada karantin rejiminin müddəti artırıldı

Argentinada COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış karantin rejiminin müddəti mayın 10-na kimi uzadılıb.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə prezident Alberto Fernandezin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı deyib ki, 500 mindən çox insanın yaşadığı böyük şəhərlərdə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərdə heç bir dəyişiklik olmayacaq.

“Digər ərazilərdə güzəştlər tətbiq edilə bilər. Amma hər şey yerli hakimiyyətin qərarından asılı olacaq” deyə, Alberto Fernandez bildirib.

Şəhər sakinlərinə bir saat ərzində evdən 500 metr məsafədə çölə çıxmasına icazə verilir. Uşaqlar isə böyüklərin müşayiəti ilə evi tərk edə bilər. Sərhədlər yenə də xarici ölkə vətəndaşları üçün bağlıdır. 

Son xəbərlər

Orphus sistemi