Argentinada karantin rejimi uzadıldı

Argentinada karantin rejimi uzadıldı Argentinada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi mayın 24-dək uzadılıb.
Digər ölkələr
9 May , 2020 06:38
Argentinada karantin rejimi uzadıldı

Argentinada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi mayın 24-dək uzadılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Alberto Fernandes deyib.

Bundan başqa, şənbə və bazar günləri uşaqlarla gəzməyə çıxmağa icazə veriləcək.

Ölkənin digər bölgələrində də müntəzəm yumşaltma tədbirləri həyata keçiriləcək. Xüsusilə, müəyyən istehsal və ticarət obyektləri açılacaq.

Qeyd edək ki, Argentinada ümumi yoluxanların sayı 5 611 nəfərə, ölənlərin sayı isə 293-ə çatıb.

Son xəbərlər

Orphus sistemi