Argentinada iti vurmaq istəməyən sürücü avtobusu aşırıb: 5 ölü, 30 yaralı

Argentinada iti vurmaq istəməyən sürücü avtobusu aşırıb: 5 ölü, 30 yaralı Avtobusda ümumilikdə 42 sərnişin olub
Digər ölkələr
29 Dekabr , 2017 03:58
Argentinada iti vurmaq istəməyən sürücü avtobusu aşırıb: 5 ölü, 30 yaralı

Bakı. 29 dekabr. REPORT.AZ/ Argentinanın Santyaqo-del-Estero əyalətində avtobusun qəzaya uğraması nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "El Liberal" qəzeti məlumat yayıb.

Yaralılardan 27-si xəstəxanaya yerləşdirilib. Santa-Krus şəhərindən (Boliviya) Buenos-Ayresə gedən avtobusda ümumilikdə 42 sərnişin olub. Ölənlərin hamısı boliviyalılardır.

Sürücünün sözlərinə görə, o, qəfil yola çıxan iti vurmamaq üçün nəqliyyat vasitəsini kənara qaçırıb və nəticədə avtobus yoldan çıxaraq aşıb. Sürücü və köməkçisi polis məntəqəsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi