Argentinada COVID-19 infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, son 24 saat ərzində 2 657 nəfərdə infeksiya aşkarlanıb.
Bununla da, yoluxanların sayı 100 166 nəfərə çatıb.
Qeyd olunub ki, hazırda 735 nəfər intensiv müalicə alır, 1 845 xəstə vəfat edib.