Argentinada güclü zəlzələ olub

Argentinada güclü zəlzələ olub Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir
Digər ölkələr
5 Dekabr , 2015 07:21
Argentinada güclü zəlzələ olub

Bakı. 5 dekabr. REPORT.AZ/ Argentinanın şimalında 5,2 bal gücündə zəlzələ baş verib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Kaymansito şəhərindən 22 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 21.1 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi