Argentinada “G-20” sammitinin təhlükəsizliyini 22700 polis təmin edəcək

Argentinada “G-20” sammitinin təhlükəsizliyini 22700 polis təmin edəcək Bakı. 21 noyabr. REPORT.AZ/ Argentinada keçiriləcək “G-20”liyin zirvə toplantısının təhlükəsizliyini 22 700 polis təmin edəcək.
Digər ölkələr
21 Noyabr , 2018 12:33
Argentinada “G-20” sammitinin təhlükəsizliyini 22700 polis təmin edəcək
0 : 00
0 : 00

Bakı. 21 noyabr. REPORT.AZ/ Argentinada keçiriləcək “G-20”liyin zirvə toplantısının təhlükəsizliyini 22 700 polis təmin edəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Argentinanın təhlükəsizlik məsələləri üzrə naziri Patrisiya Bulluriç jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sammit iştirakçılarının mühafizəsinin təmini üçün Argentinanın Təhlükəsizlik Nazirliyi dünyanın xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edir.

Nazir deyib ki, Argentina bu tədbirin təhlükəsizliyinin təmin edilməsi üçün bir ildən artıqdır iş aparır.

Qeyd edək ki, bu tədbirdə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da iştirak edəcəyi gözlənilir. Sammit noyabrın 30-dan dekabrın 2-dək davam edəcək.  

Son xəbərlər

Orphus sistemi