Argentinada etirazçılarla polis arasında toqquşmalar başlayıb

Argentinada etirazçılarla polis arasında toqquşmalar başlayıb Argentinanın paytaxtı Buenos-Ayresdə etirazçılarla polis arasında toqquşmalar başlayıb.
Digər ölkələr
29 May , 2019 19:03
Argentinada etirazçılarla polis arasında toqquşmalar başlayıb

Argentinanın paytaxtı Buenos-Ayresdə etirazçılarla polis arasında toqquşmalar başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, polisin rezin güllə tətbiq etməsi nəticəsində bir qadın yaralanıb.

“Reuters” xəbər verir ki, bu gündən Argentinanın ən iri həmkarlar ittifaqları ölkə prezident Maurisio Makrinin iqtisadi böhrana, yüksək inflyasiyaya qarşı apardığı "kəmərsıxma siyasəti"nə qarşı tətilə başladıqlarını elan ediblər.

Nəticədə ölkə boyu hava limanları və mühüm yük limanları fəaliyyətini dayandırıb, məktəblər və ofislər bağlanıb, paytaxtın mərkəzi isə kütləvi etiraz nümayişlərinin meydanına çevrilib.

Son xəbərlər

Orphus sistemi