Argentinada COVID-19-dan ölənlərin sayı 100 mini keçdi

Argentinada COVID-19-dan ölənlərin sayı 100 mini keçdi Argentinada son sutkada daha 19 min 697 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.
Digər ölkələr
15 İyul , 2021 05:20
Argentinada COVID-19-dan ölənlərin sayı 100 mini keçdi

Argentinada son sutkada daha 19 min 697 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz Twitter hesabında məlumat yayıb.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 4 702 657-yə çatıb.

Bildirilib ki, sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxan 614 nəfər, ümumilikdə isə 100 min 250 pasiyent dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi