Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı Qəzanın başvermə səbəbləri hələlik müəyyənləşdirilməyib
Digər ölkələr
26 İyun , 2017 03:04
Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

Bakı. 26 iyun. REPORT.AZ/ Argentinanın qərbindəki Mendos vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı avtobusda çoxlu sayda yetkinlik yaşına çatmayanlar olub. Qəza yerində xilasedicilər və həkimlər işləyir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbləri hələlik müəyyənləşdirilməyib. Polis qeyd edib ki, ölənlərin sayı arta bilər.  

Son xəbərlər

Orphus sistemi