Argentina və Böyük Britaniya müharibə qurbanlarının tanınması haqqında müqavilə imzalayıb

Argentina və Böyük Britaniya müharibə qurbanlarının tanınması haqqında müqavilə imzalayıb İki aylıq müharibə zamanı adada 649 argentinalı, 255 britaniyalı hərbçi həlak olub
Digər ölkələr
21 Dekabr , 2016 19:53
Argentina və Böyük Britaniya müharibə qurbanlarının tanınması haqqında müqavilə imzalayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Argentina və Böyük Britaniya 1982-ci il müharibəsinin qurbanlarının tanınması haqqında müqavilə imzalayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, sənədi Böyük Britaniyanın Avropa, Şimali və Cənubi Amerika məsələləri üzrə naziri Alan Dukan və Argentina xarici işlər nazirinin müavini Pedro Vilyaqra Delqado Londonda imzalayıblar.

Əldə edilən razılığa əsasən, 1982-ci ildə Folklend (Malvin) müharibəsi zamanı bu adada argentinalı 123 hərbçi dəfn edilib. Onların baş daşında adlarının yerinə “Ancaq Allah bilir” yazılıb. Həmin qurbanların tanınmasına isə 2017-ci ilin yayında  başlanılacaq. 

Ümumiyyətlə, adadakı Darvin qəbiristanlığında Argentinanın 237 hərbçisi dəfn olunub. İki aylıq müharibə zamanı adada 649 argentinalı, 255 britaniyalı hərbçi həlak olub. 

Xatırladaq ki, Böyük Britaniyanın Avropa, Şimali və Cənubi Amerika məsələləri üzrə naziri Alan Dukan ötən həftə Buenos-Ayresdə Argentina Prezidenti Maurisio Makri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi