Argentinada rok festivalda iki nəfər ölüb

Argentinada rok festivalda iki nəfər ölüb 10-dan çox insan yaralanıb
Digər ölkələr
13 mart 2017 05:37
Argentinada rok festivalda iki nəfər ölüb
Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ Argentinanın Olavarriya şəhərində açıq havada keçirilən böyük rok konserti zamanı yaranmış basırıqda iki nəfər ölüb, 10-dan çox insan yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, basırıq musiqiçilərin festivalın son mahnılarından birini ifa etdiyi zaman yaşanıb. Böyük izdiham səhnəyə istiqamətlənib və nəticədə basabas və panika yaranıb.

Polis izləyicilərin sayının həddindən artıq olmasına görə, vəziyyətə nəzarətin əldən çıxdığını düşünür. Təşkilatçıların məlumatına görə, konserti 250 mindən artıq insan ziyarət edib. Maraqlıdır ki, Olavarriya şəhərində cəmi 100 minə yaxın insan yaşayır.

Son xəbərlər

Orphus sistemi