​Argentina prezidenti qətldə ittiham olunur

​Argentina prezidenti qətldə ittiham olunur Prokuror Alberto Nismanın ölümündən sonra etirazçılar Buenos-Ayres küçələrinə çıxıblar
Digər ölkələr
21 Yanvar , 2015 21:49
​Argentina prezidenti qətldə ittiham olunur

Bakı. 21 yanvar. REPORT.AZ/ Prokuror Alberto Nismanın ölümündən sonra ölkənin yüksək çinli məmurlarını ittiham edən bu insanın intihar etməsinə inanmayan etirazçılar Buenos-Ayres küçələrinə çıxıblar.

"Report" Vesti.Ru-ya istinadən xəbər verir ki, onların əksəriyyəti baş verənlərə görə Argentina prezidenti Kristina Fernandes de Kirşnerin məsuliyyət daşıdığını zənn edirlər.

Bir sıra etirazçılar isə ölkə rəhbərini açıq şəkildə ittiham edirlər: onlar "Kristina Kirşner qatildir!" şüarını səsləndirirlər.

Mərhum prokurorun qarşısında çıxış edərək prezident və xarici işlər nazirinin ünvanına öz ittihamlarını səsləndirməli olduğu hakim Patrisiya Bullriç intihar versiyasını şübhəli hesab edir, baxmayaraq ki, məhkəmə-tibbi ekspertiza bunun əksini bəyan edib.

Son xəbərlər

Orphus sistemi