Bakı. 11 yanvar. REPORT.AZ/ Argentina prezidenti Maurisio Makri Nikolas Maduronun ikinci müddətə Venesuela rəhbəri vəzifələrinin icrasına başlamasını şərh edərkən, onu özünü qurban verən cəllad adlandırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Makri bunu "Twitter"də yazıb.
"Özündan qurban düzəldən cəllad. Maduro bu gün demokratiyanı ələ salmağa çalışacaq. Ölkə xalqı bunu bilir, dünya da. Venesuela diktatura altında yaşayır", - deyə Argentina prezidenti bildirib.