Yuxarı
    Bağlamaq

    Argentina hökuməti Nikolas Maduronu “Xilaskar San-Martin” ordenindən məhrum edib

    Argentina hökuməti onu etirazları boğmaq və müxalifətçiləri həbs etmək üçün hərbi resurslardan əsassız istifadə etməkdə günahlandırır

    Bakı. 12 avqust. REPORT.AZ/ Argentina hökuməti Venesuela prezidenti Nikolas Maduronu respublikanın ali dövlət mükafatı - “Xilaskar San-Martin” ordenindən məhrum etmək barədə qərar qəbul edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, müvafiq fərman Argentina Respublikasının rəsmi bülletenində dərc edilib.

    Sənədə əsasən respublika hökuməti “Xilaskar San-Martin” ordeninin şərəfinə uyğun gəlməyən fəaliyyətinə görə Bolivar Respublikasının prezidenti Nikolas Maduronu ondan istifadə hüququndan məhrum edib.

    Argentina hökuməti N.Maduronu əsasən etirazları boğmaq və müxalifətçiləri həbs etmək üçün hərbi resurslardan və məhkəmələrdən əsassız istifadə etməkdə günahlandırır.

    Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi