Yuxarı

Argentina Böyük Britaniyanın neft şirkətlərini məhkəməyə verib

Britaniya şirkətləri Folklend adaları yaxınlığında yeni neft yataqları aşkarladıqlarını bəyan etmişdi

Bakı. 18 aprel. REPORT.AZ/ Böyük Britaniya ilə Argentina arasında mübahisə predmeti olan Folklend (Malvin) adalarında fəaliyyət göstərən İngiltərənin neft-qaz istehsalçıları məhkəməlik olub.

"Report"-un BBC-yə istinadən verdiyi məlumata görə, neft hasilatının mübahisəli adalara olduqca yaxın bölgədə aparıldığını bəyan edən rəsmi Buenos Ayres, britaniya şirkətlərinə qarşı məhkəmə iddiası qaldırıb.

Buna cavab olara Böyük Britaniyanın Xarici Işlər Nazirliyi bildirib ki, Folklend sakinləri öz təbii resursları istifadə etməkdə azaddır.

Qeyd edək ki, bu ayın əvvəlində bir neçə britaniya şirkəti Folklend adaları yaxınlığında yeni neft yataqları aşkarladıqlarını bəyan etmişdi. Argentinanın cavabı gecikmədi və Londona dərhal nota təqdim olundu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi