Argentina Afrikadan gələnlər üçün məcburi karantin tətbiq edib

Argentina Afrikadan gələnlər üçün məcburi karantin tətbiq edib Argentinaya Afrika ölkələrindən daxil olanlar yeni "omikron" ştamının yayılması səbəbindən karantinə riayət etməli olacaqlar.
Digər ölkələr
29 Noyabr , 2021 21:01
Argentina Afrikadan gələnlər üçün məcburi karantin tətbiq edib
0 : 00
0 : 00

Argentinaya Afrika ölkələrindən daxil olanlar yeni "omikron" ştamının yayılması səbəbindən karantinə riayət etməli olacaqlar.

"Report" xəbər verir ki, müvafiq fərman "Argentina hökumətinin rəsmi bülleteni"ndə dərc olunub.

Fərmana görə, Afrikadan gələn və ya bu qitədən olan hər kəs məcburi 14 gün karantində qalmalıdır.

ÜST tərəfindən "omikron" ştamı əvvəlcə Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislər hesab edirlər ki, o, digər ştamlarla müqayisədə daha sürətli yayılır və tərkibində çoxlu sayda mutasiya var.

Son xəbərlər

Orphus sistemi