Koronavirus havada 30 dəqiqə qala bilər - ARAŞDIRMA

Koronavirus havada 30 dəqiqə qala bilər - ARAŞDIRMA COVID-19 xəstəliyinə səbəb olan koronavirus ventilyasiyalı qapalı məkanda azı 30 dəqiqə qala və 4,5 metrə qədər hərəkət edə bilər. Bu isə dünyanın səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur.
Digər ölkələr
10 Mart , 2020 12:39
Koronavirus havada 30 dəqiqə qala bilər - ARAŞDIRMA
0 : 00
0 : 00

COVID-19 xəstəliyinə səbəb olan koronavirus ventilyasiyalı qapalı məkanda azı 30 dəqiqə qala və 4,5 metrə qədər hərəkət edə bilər. Bu isə dünyanın səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çinli epidemioloqlarının apardığı araşdırmada qeyd olunub.

Hunan əyalətinin alimləri yoluxmuş çinlinin maskasız halda mindiyi avtobusda koronavirusun yayılmasının ilə bağlı konkret halı təhlil ediblər. Təhlil edilən halda həmin şəxs salonun müxtəlif yerlərində əyləşmiş 7 sərnişini, o cümlədən ondan 6 sıra və ya 4,5 metr uzaqlıqda olan cütlüyü yoluxdurub. Bundan əlavə, virus təyinat nöqtəsinə çatdıqdan 30 dəqiqə sonra yenidən yola çıxan növbəti reysin sərnişininə də keçib.

Alimlər, həmçinin koronavirusun öskürək və ya asqıraq zamanı tənəffüs yollarından çıxan damcıların düşdüyü səthdə bir neçə gün qala biləcəyini müəyyən ediblər. İnfeksiyanın xarici mühitdə nə qədər qalması isə tempraturdan və materialın növündən asılıdır. Məsələn, 37 dərəcə istilikdə virus iki-üç gün şüşə, parça, metal, plastik maddə və ya kağız səthində aktiv qala bilir.

Çinli alimlər əl yumağın və ictimai yerlərdə, xüsusilə nəqliyyatda maska taxmağın vacibliyini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi