Araşdırma: İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib

Araşdırma: İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib İndi onların nəzarəti altında olan ərazilərin sahəsi 60,4 min kv.km təşkil edir
Digər ölkələr
19 Yanvar , 2017 12:38
Araşdırma: İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib

Bakı. 19 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşması 2016-cı ildə Suriya və İraqda daha əvvəl işğal etdiyi ərazilərin təxminən dörddə birinə nəzarəti itirib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Böyük Britaniyanın "IHS Markit" analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı il ərzində İŞİD təxminən 18 min kv.km əraziyə nəzarəti itirib, hazırda onların işğalı altında olan ərazilərin sahəsi isə 60,4 min kv.km təşkil edir. Başqa sözlə, 2016-cı ildə İŞİD işğal etdiyi ərazilərin 23%-ni, bir il əvvəl isə 14%-ni itirib.

"IHS Markit" analitik şirkətinin eksperti Kolumb Strekin sözlərinə görə, İŞİD-in ötən ilin dekabr ayında yenidən Palmiranı işğal etməsi Əsəd qüvvələrinin və müttəfiqlərinin həmin müddətdə Hələb məsələsi ilə məşğul olmasıyla əlaqədardır. O qeyd edib ki, İraq ordusunun ilin birinci yarısında Mosulu geri qaytaracağına ümid edirlər.

Son xəbərlər

Orphus sistemi