Yuxarı

Araşdırma: 2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 8,1 milyona çatacaq

Birləşmiş Ştatlarda müsəlman əhalinin payı 35 il ərzində 1 faizdən 2,1 faizə qədər yüksələcək

Bakı. 14 yanvar. REPORT.AZ/ "Pew Research Center"in (PRC) proqnozlarına görə, 2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 3,3 milyon nəfərdən 8,1 milyona qədər yüksələcək. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bununla müsəlmanların ABŞ əhalisi arasındakı payı 2,1 faizə çatacaq.

Araşdırmada qeyd olunur ki, əhalinin siyahıyaalınmasında onların dini təriqətləri qeyd olunmadığından, bu barədə dəqiq rəqəm söyləmək mümkün deyil. Amma alimlərin işləyib hazırladığı demoqrafik model belə düşünməyə əsas verir ki, Birləşmiş Ştatlarda müsəlman əhalinin payı 35 il ərzində 1 faizdən 2,1 faizə qədər yüksələcək.

PRC-nin sosioloqları qeyd edir ki, ABŞ-da müsəlman əhalinin sayı yəhudilər (5,7 milyon nəfər) və hindularla (2,1 milyon nəfər) müqayisədə daha sürətlə artacaq və 2050-ci ilə qədər 8,1 milyon nəfərə çatacaq.

Onlar bunun iki başlıca səbəbi kimi müsəlman mühacirlərin sayının durmadan artması və digər dinlərlə müqayisədə müsəlman ailələrində uşaqların daha çox olmasını göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi