Avropa İttifaqı Aralıq dənizində xilasetmə əməliyyatlarını dayandıra bilər

Avropa İttifaqı Aralıq dənizində xilasetmə əməliyyatlarını dayandıra bilər Bakı. 23 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) İtaliya və başqa üzv ölkələri razılıq verərlərsə, Aralıq dənizində gəmiləri batan miqrantları xilas etmək üçün keçirdikləri “Sofiya” adlı keşik-xilasetmə əməliyyatını dayandıra bilər.
Digər ölkələr
23 Yanvar , 2019 16:18
Avropa İttifaqı Aralıq dənizində xilasetmə əməliyyatlarını dayandıra bilər

Bakı. 23 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) İtaliya və başqa üzv ölkələri razılıq verərlərsə, Aralıq dənizində gəmiləri batan miqrantları xilas etmək üçün keçirdikləri “Sofiya” adlı keşik-xilasetmə əməliyyatını dayandıra bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarlığındakı mənbə bildirib.

“Avropanın təhlükəsizlik siyasətinə nümunəvi misal olan “Sofia” əməliyyatı sayəsində insan həyatlarını xilas edərək qanunsuz miqrant daşımalarına qarşı səmərəli mübarizə aparmaq mümkün olub. 2015-ci ilədək İtaliyanın tək qaldığı Aralıq dənizinə “Sofia” əməliyyatı ilə bütün Aİ ölkələri cəlb edilib. Əməliyyatın qərargahının yerləşdiyi İtaliya bu missiyanın davam etdirilməsini istəməsə, biz bu işə son qoymağa hazırıq”, - mənbə qeyd edib.

Son xəbərlər

Orphus sistemi