Yuxarı

​Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 45 nəfər ölüb

Qəza nəticəsində onlarla insan itkin düşüb

Bakı. 28 may. REPORT.AZ/ İtaliyanın Hərbi Dəniz Qüvvələri cümə günü Aralıq dənizində növbəti gəmi qəzası nəticəsində ölən 45 miqrantın meyitini aşkar edib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, qəza zamanı onlarla insan itkin düşüb.

" "Vega" gəmisi batmaqda olan qayıqdan 135 miqrantı xilas edib. 45 meyit aşkar edilib, axtarışlar davam edir", — deyə İtaliya HDQ-nin "twitter" mikrobloqunda qeyd olunub.

Bu, son üç gün ərzində üçüncü gəmi qəzası olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi