​Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 30 nəfər ölüb

​Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 30 nəfər ölüb Onlarla insan itkin düşüb
Digər ölkələr
28 Avqust , 2015 02:35
​Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 30 nəfər ölüb

Bakı. 28 Avqust. REPORT.AZ/ Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəmi batıb.

"Report" AFR-ə istinadən xəbər verir ki, gəminin göyərtəsində təqribən 200 nəfər sərnişin olub.

"Ən azı 30 nəfər ölüb, onlarla insan itkin düşüb. Sağ qalanların axtarışları üzrə əməliyyat gedir. Onun sözlərinə görə, söhbət, əsasən Aralıq dənizi vasitəsilə Avropa İttifaqının cənub sərhədlərinə - İtaliya və ya Yunanıstana getmək istəyən Afrika ölkələrindən olan mühacirlərdən gedir", - deyə agentlik Tripoli hakimiyyəti nümayəndəsinin sözlərini sitat gətirir.

Son xəbərlər

Orphus sistemi