Yuxarı

​Aralıq dənizində miqrant gəmiləri batıb: 17 uşaq ölüb

İki qayıqdan 138 nəfər xilas edilib, axtarışlar davam etdirilir

Bakı. 31 oktyabr. REPORT.AZ/ Yaxın Şərq ölkələrindən olan miqrantların Türkiyədən Yunanıstana hərəkət edən üç gəmisi dənizdə qalxan güclü külək səbəbindən batıb. Qəza nəticəsində ən azı 17 uşaq və 9 böyük həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə məmurlara istinadən AFP məlumat yayıb.

Həmçinin bildirilir ki, iki qayıqdan 138 nəfər xilas edilib və sağ qalanların axtarışı Sahil Mühafizə Xidməti tərəfindən davam etdirilir.

AFP müxbirinin sözlərinə görə, o, Lesbos adası yaxınlığında batan digər gəmini görüb. O bildirib ki, qaçqınlar onun üzərinə çıxaraq həyəcan içində əl yelləyir və qışqırırdılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi