Yuxarı
    Bağlamaq

    ​Aralıq dənizində gəmi qəzaya uğrayıb, 40 nəfər ölüb

    Miqrantların çoxu xilas edilib

    Bakı. 15 avqust. REPORT.AZ/ Aralıq dənizində gəminin qəzaya uğraması nəticəsində ən azı 40 miqrant ölüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

    İtaliya Hərbi Dəniz Qüvvələrinin "twitter" səhifəsində yayılan məlumata görə, hazırda xilasetmə əməliyyatı aparılır: "Miqrantların çoxu xilas edilib. Ən azı 40 miqrant həlak olub". 

    Beynəlxalq Miqrasiya Təşkilatının xəbərinə görə, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gəlməyə cəhd göstərən təqribən 188 min miqrant xilas edilib, bu il ərzində dənizdə batan miqrantların sayı isə 2 min nəfəri keçib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi